Poscube MMC olaraq, Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərən bizneslərin (restoran, market, kafe, geyim, aptek, inşaat, fast food və digər sahələr) rəqəmsal transformasiyasına dəstək olmaq üçün kompleks proqram təminatı və müasir avadanlıq həlləri təqdim edən lider şirkətik. Bizim əsas məqsədimiz, texnologiya vasitəsilə işlərinizi asanlaşdırmaq, səmərəliliyinizi artırmaq və rəqabət qabiliyyətinizi gücləndirməkdir.
Təcrübəli komandamız, hər bir müştərinin fərdi ehtiyaclarını dərindən analiz edərək, onlara tam uyğunlaşdırılmış, innovativ və etibarlı həllər təqdim edir. Biz yalnız məhsul satmır, həm də uzunmüddətli tərəfdaşlıqlar qurur, yüksək səviyyəli texniki dəstək və servis xidmətləri ilə müştərilərimizin hər zaman yanında oluruq. Poscube MMC olaraq, sizin uğurunuz bizim prioritetimizdir və gələcəyin texnoloji həllərini bu gündən biznesinizə tətbiq etməyə çalışırıq.
Satış nöqtəsi həllərindən inventar idarəetməyə qədər bütün biznes əməliyyatlarınızı əhatə edən proqram və avadanlıqlar.
Məlumatlarınızın qorunması və biznesinizin fasiləsiz fəaliyyəti üçün kompleks təhlükəsizlik sistemləri.
Onlayn sifariş, veb mağaza və müştəri ilə əlaqələr üçün xüsusi veb və mobil həllərin yaradılması.
Təkcə təhlükəsizlik deyil, həm də məlumatların düzgün idarə olunması
Proqram təminatı və avadanlıqları vahid, mükəmməl işləyən bir sistemdə birləşdirərək, biznesinizin bütün sahələrini sorunsuz və effektiv şəkildə idarə etməyə imkan veririk.
Proseslərinizi avtomatlaşdıran, vaxta qənaət edən, insan səhvlərini minimuma endirən və ümumi səmərəliliyinizi artıran ağıllı proqramlar təklif edirik.
Hər bir sektorun (restoran, market, aptek, inşaat və s.) və biznesin unikal tələblərini dərindən analiz edərək, ehtiyaclarınıza tam cavab verən proqram təminatı və avadanlıq paketləri hazırlayırıq.
Poscube MMC olaraq, hər bir uğur hekayəmiz müştərilərimizə qatdığımız dəyərlə başlayır. Bu yolda əldə etdiyimiz əsas mərhələlərə nəzər salın